Səməd Seyidovdan AŞPA-nın sanksiyalarına SƏRT MÜNASİBƏT: Əksəriyyəti Qarabağın...
Bizi izləyin

Nida Xəbər

Səməd Seyidovdan AŞPA-nın sanksiyalarına SƏRT MÜNASİBƏT: Əksəriyyəti Qarabağın...

“Avropa Şurası Parlament Assambleyası tərəfindən ötən gün qəbul edilən sənədlər Azərbaycanın bu qurumdakı fəaliyyətinə heç bir məhdudiyyət yaratmayacaq”.

Publika.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Səməd Seyidov bu gün keçirdiyi mətbuat konfransında deyib.

S.Seyidov bildirib ki, bundan sonra Azərbaycan AŞPA-da işini daha yüksək səviyyədə davam etdirəcək:

“Bizim Avropa Şurasında əsas işimiz sözümüzü demək və sənədləri təqdim etməkdir. Son qərar bizim nə söz demək, nə də sənədləri təqdim etməyimizə məhdudiyyət yarada bilər. Bu, yalnız seçki missiyalarında iştirak, hər hansı ölkə ilə bağlı məruzəçi kimi çıxışa mane yaradır. Lakin Azərbaycanın haqq səsini Avropa Şurasına çatdırmasına heç bir məhdudiyyət yaratmır. Əksinə bundan sonra fəaliyyətimizi daha yüksək səviyyədə davam etdirəcəyik”.

S.Seyidov onu da vurğulayıb ki, sanksiyalara məruz qalan şəxslərin Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsi narahatlıq doğurur:

“Sanksiyalara məruz qalanların əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyan, bir neçə təşkilatın Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərin azad olunmasını qaldıran insanlardır. Bu, ciddi narahatlıq doğurur və məni narahat edən əsas məsələdir. Əsas məsələ milli maraqların qorunmasıdır. Milli maraqlara heç kim mane ola bilməz. Avropa Şurası bir daha təşkilatda böyük böhran, ikili standartları göstərmiş oldu”.

S.Seyidov onu da vurğulayıb ki, Azərbaycana qarşı sanksiyaların kökündə Avropa Şurasında bir il əvvəl yaradılan istintaq qrupuna etiraz edilməsi durur:

“İlk fikrimizdən bu komissiya ilə bağlı rəyimiz mənfi oldu. Həmin istintaq qrupu işini yekunlaşdırandan sonra 200 səhifəlik sənəd Azərbaycanla bağlı oldu. Fikrimizdə yanılmadığımızı göstərmiş oldu. Biz Avropa Şurası Parlament Assambleyasının fəaliyyətini etiraz etmişdik. Azərbaycanda sənədlər mənfi, Ermənistanla bağlı sənədlər isə müsbət idi”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm