Nida Xəbər
MN: Yerevanın bəyanatı məsuliyyətsiz və əsassızdır
"Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin Azərbaycan - Ermənistan sərhədinin bəzi hissələrində Azərbaycan ordusunun öz mövqelərini yaxşılaşdırmaq üçün guya aktiv mühəndis işləri aparması barədə məsuliyyətsiz və əsassız bəyanatı ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan hərbçisinin öldürülməsi ilə nəticələnən təxribatına bəraət qazandırmaq və ört-basdır etmək məqsədi güdür".
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Azərbaycan Müdafiə Nazirliyindən bildirib.
“Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində vəziyyət son vaxtlar sabit qalmaqda davam edirdi, lakin Ermənistanın müdafiə və xarici işlər nazirləri oraya baş çəkdikdən sonra Ermənistan silahlı qüvvələri təxribat həyata keçirməyə başlayıblar”, - deyə Nazirlikdə əlavə ediblər.
Qeyd edək ki, mayın 20-də Azərbaycan - Ermənistan dövlət sərhədinin Naxçıvan hissəsində Ermənistan ordusunun təxribatının qarşısını alarkən Azərbaycan hərbçisi Tatarov Adil Əli oğlu şəhid olub.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA