Nida Xəbər
Elmar Məmmədyarovun sədrliyi ilə XİN-də geniş tərkibli iclas
Xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə
xarici işlər nazirinin müavinləri, kollegiya üzvləri, xüsusi
tapşırıqlar üzrə səfirlər, XİN-nin idarə və struktur bölmələrinin
rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas
keçirilib.
Publika.az XİN-dən verilən məlumata görə, iclasda
xarici işlər naziri Elmar Məmmədyarov Prezident İlham Əliyevin
sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunmuş Ramiz
Həsənovu təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Nazir Elmar Məmmədyarov Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanın müstəqil, tarazlaşdırılmış və çoxistiqamətli xarici
siyasət yürütdüyünü qeyd edərək dövlət başçısı tərəfindən XİN-nin
qarşısında qoyulmuş vəzifə və tapşırıqları diqqətə çatdırıb.
İclasda 2019-cu ilin Azərbaycanda diplomatik xidmətin yaranmasının
100 illik yubileyinin olduğu qeyd olunub.
Qeyd edək ki, xarici işlər nazirinin müavini təyin olunmuş Ramiz
Həsənov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib,
Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
sədri kimi vəzifələrdə çalışıb.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR