Nida Xəbər
“Əliyev hələ ki, susur, lakin sonra...” - İngiltərədən Qarabağda müharibə XƏBƏRDARLIĞI
“Paşinyanın “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz
hissəsidir” deyə səsləndirdiyi fikirlər diplomatdan daha çox, sadə
insanın sözlərinə bənzəyir”.
Publika.az xəbər verir ki, bu barədə məşhur britaniyalı
politoloq Tomas de Vall deyib.
Onun sözlərinə görə, Paşinyanın sərt mövqeyi vəziyyəti
çətinləşdirir: “Görünür, o, milli təhlükəsizliyin təminatında öz
mandatını təmin etmək və Qarabağdakı ermənilərlə birlikdə olduğunu
inandırmaq istəyir”.
De Valın fikrincə, əgər Paşinyan Qarabağın müstəqilliyi və
ərazilərin qaytarılmayacağı mövqeyində israr edərsə, bu, Bakı ilə
danışıqlarda heç bir məsələyə yer qoymur və hər iki tərəfin
müharibəyə qayıtması ilə nəticələnəcək.
“Azərbaycan Prezidenti İlham Əliyev isə susur və davakar
bəyanatları müdafiə nazirinin, diplomatik bəyanatları isə xarici
işlər nazirinin dili ilə səsləndirir. Azərbaycan prezidenti hələ
ki, susur, lakin sonrakı dövrdə bu, belə olmayacaq. Ermənistan
liderləri ehtiyatlı olmalıdırlar. Çünki Qarabağ üzrə danışıqlar
prosesi nəzakətli konstruksiyadır. Onun iflası yeni münaqişəyə
səbəb olacaq”, - deyə o bildirib.
Asif
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA