Nida Xəbər
“Azərbaycanlılarla ermənilərin ortaq biznesi var” - Qarabağ problemi ilə bağlı ŞOK DETAL
Ukraynalı jurnalist-ekspert Dmitri Qordon
azərbaycanlılar və ermənilər, eləcə də Dağlıq Qarabağ münaqişəsi
haqqında maraqlı fikirlər səsləndirib.
Publika.az xəbər verir ki, Qordon ermənilərin Azərbaycan
və Türkiyə ilə barışmaq istədiklərini, lakin Rusiyanın buna imkan
vermədiyini açıqlayıb.
“Dağlıq Qarabağ münaqişəsini Rusiya yaratdı. “Parçala və hökmranlıq
et!”, bu, Rusiyanın sevimli sxemidir. Azərbaycan və Ermənistan
liderləri masaya əyləşə və münaqişəsinin həlli ilə bağlı asanlıqla
razılaşa bilərlər. Almaniyanı birləşdirmək mümkün oldusa və
Koreyanı birləşdirmək olarsa, Qarabağ münaqişəni niyə həll etmək
olmaz?!”, - deyə o bildirib.
Qordon Moskvada yaşayan və Qarabağın işğalına qarşı çıxan erməni
rejissor Armen Ciqarxanyanla söhbətlərini xatırladıb: “Armen
azərbaycanlılara hörmət edir və deyir: “Niyə mən onlara nifrət
etməliyəm, niyə süni şəkildə azərbaycanlıların düşmən olduğu
fikrini yeridirlər?!”. Fikrimcə, azərbaycanlılarla ermənilər yaxşı
dost ola bilərlər, onlarda ortaq biznes olarsa, hər şey həll
olunar. Mən “sən ermənisən”, “sən azərbaycanlısan”, - deyə
ayrı-seçkilik edən insanlar gördüm. Mən həmçinin, biznesdə ortaq
işləyən və yaxşı münasibəti olan azərbaycanlı ilə erməni də
gördüm”.
Asif
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi – Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama