Nida Xəbər
Türkiyə parlamentinin spikeri: "Qarabağ bizim milli məsələmizdir" - - FOTO
Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri İsmayıl Qəhrəman bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu qəbul edib.
"Report"un məlumatına görə, TBMM sədri F. Muradovla bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
İ. Qəhrəman görüşdə Qarabağ məsələsinə toxunub və bildirib ki, "Qarabağ bizim milli məsələmizdir. Nə yazıq ki, dünyanın gözü önündə böyük haqsızlıq yaşanmaqdadır. Dünya bu və buna bənzər haqsızlıqlara qarşı seyrçi qalmamalıdır".
Komitə sədri F. Muradov isə hər bir azərbaycanlının qəlbinin Türkiyə ilə çırpındığını bildirib: "İnanıram ki, bu ürəklər birləşib böyük işlər görəcək".
F. Muradov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən işlərin iki ölkənin gələcəyi üçün edildiyini qeyd edib. "İnsanlarımız arasında böyük körpülər var. Bu körpülər ulu öndər Heydər Əliyev tərəfindən qurulub. Bunlar sülh və dostluq körpüləridir, - deyə komitə sədri əlavə edib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...