Xalq artisti İbrahimbəyovla əməkdaşlığa son qoydu - - VİDEO
Bizi izləyin

Nida Xəbər

Xalq artisti İbrahimbəyovla əməkdaşlığa son qoydu - - VİDEO

Xəbər verdiyimiz kimi Rüstəm İbrahimbəyov ssenarı müəllifi olduğu "Qafqaz üçlüyü" filmində Azərbaycan xalqı vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, vəhşi türkün qurbanı kimi göstərilir.Filmdə ssenari müəllifinin öz doğulduğu ölkəyə olan nifrəti, milli köklərinə etdiyi xəyanəti ölkə ictimaiyyətinin kəskin etirazına səbəb olub.

Bu məsələyə görə Xalq artisti Fəxrəddin Manafov Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdiyini bildirib. Azərbaycan Dövlət Televiziyasının "Günün Nəbzi" verilişinin qonağı olan Xalq artisti adıçəkilən ittifaqı sərt tənqid edib: "Mən fiziki olaraq o qurumla əlaqədə deyiləm. O qurumun rəsmi nümayəndəsinə zəng etdim. Çox təkidlə ona dedim ki, mən de-fato orda yoxam, de-yuro məni ordan xaric eləyin. Bundan sonra o qurumda iştirak etmək fikrində deyiləm. İnanmıram ki, bu cür ağır məsələdən sonra o qurumda azərbaycanlılardan kimsə qalsın. O qurumda artıq heç kəs qalan deyil". (unikal.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm