Gömrük Komitəsi sahibkarlar üçün xüsusi konfrans keçirəcək
Bizi izləyin

Nida Xəbər

Gömrük Komitəsi sahibkarlar üçün xüsusi konfrans keçirəcək

"Dövlət Gömrük Komitəsi ictimaiyyət və sahibkarlar ordusu ilə birgə şəbəkələrin qurulması və sahibkarlar üçün bütün informasiyalarla bağlı elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində geniş konfrans keçirəcək".

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün Azərbaycanda Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu konfransda sahibkarların təklifləri və gömrük orqanlarından gözlədikləri xidmətlər öyrəniləcək: “Biz isə o xidməti göstərməyə hazır olacağıq. Biz sahibkarları dəstəkləyirik və sahibkarların xidmətindəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm