Bakıda Argentinanın milli bayramı qeyd edildi
Bizi izləyin

Nida Xəbər

Bakıda Argentinanın milli bayramı qeyd edildi

Argentina Respublikasının Milli Bayramı- May İnqilabının 208-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

Tədbirdə çıxış edən Argentina səfiri Karlos Dante Riva çıxışında ölkəsinin müstəqillik tarixindən söz açıb.

Mayın 28-də ADR-nin 100 illik yubileyinin qeyd olunacağına toxunan səfir bildirib ki, hətta qısamüddətli davam etməsinə rəğmən ADR-nin vətəndaşlarının səsvermə, dini ayrı seçkilik olmadan bəşəri hüquqlarını təmin edib. Səfir əlavə edib ki, Azərbaycanda Argentinanın səfirliyi fəaliyyətə başladıqdan 6 il sonra qarşılıqlı səfərlər sayəsində gələcəkdə ikitərəfli münasibətlərin inkişafına zəmin yaradacaq müqavilələr imzalanıb.

"Əməkdaşlıq etdiyimiz sahələr arasında mədəniyyət sahələrini xüsusi qeyd etmək istəyərəm. Bu əməkdaşlq bizi bir-birimizə daha da yaxınlaşdırıb. İqtisadi sahədə ölkələr arasında ticarət həcmi iki dəfə artıb. Bu iqtisadi əməkdaşıq texnoloji, əczaçılıq və digər sahələri əhatə edir. Qarşıda bizi müəyyən çətinliklər gözləyir, amma biz inanırıq ki, bu çətinlikləri dəf edəcəyik", deyə səfir bildirib.

XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov çıxışında əvvəlcə Azərbaycan hökuməti adından Argentina xalqını təbrik edib və sülh, tərəqqi arzulayıb. G.Cəfərov cari ildə Argentina və Azərbaycan arasında əlaqələrin 25 illiyinin qeyd edildiyini vurğulayıb: " İkitərəfli əlaqələrin inkişafda olduğunu qeyd etmək istəyirəm. Arada olan mövcud siyasi dialoq ikitərəfli əlaqələrin daha da inkişafına xidmət edir. İqtisadi sahədə qarşılıqlı sərmaye qoyuluşunda yaxşı əməkdaşlıq var. İmzalanmış və imzalanmağa hazırlanan sazişlər ikitərəfli münasibətlərin əsasını daha da möhkəmləndirmək xarakteri daşıyır. Azərbaycan və Argentina arasında əlaqələrin daimi inkişafı üçün yeni imkanlar yaradılıb. Əminəm ki, iki ölkə arasında mövcud dostluq münasibətləri daha da inkişaf edər və gələcəkdə xalqların rifahına xidmət edəcək".

Rəsmi çıxışın ardından yerli rəqqaslar tərəfindən tanqo rəqsi ifa olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm