Fuad Muradovun Türkiyə səfəri başa çatdı
Bizi izləyin

Nida Xəbər

Fuad Muradovun Türkiyə səfəri başa çatdı

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyəyə rəsmi səfəri yekunlaşıb.

Publika.az xəbər verir ki, səfər çərçivəsində Komitə sədrinin iştirak etdiyi tədbirlərdən biri də Antalyada keçirilib. Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşkil etdiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbirdə rəsmi şəxslər, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib. Rəsm sərgisi, milli rəqs və musiqi nümunələri maraqla qarşılanıb. Qonaqların diqqətini çəkən beynəlxalq sərgidə Azərbaycan Cümhuriyyətinin dəyərli rəssamlarının əsərləri nümayiş olunub. Daha sonra Komitə sədri Fuad Muradov Antalyadakı Azərbaycan diasporunun təmsilçiləri ilə görüşüb, onları maraqlandıran məsələlərlə dərindən maraqlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm