Azercell rouminqdə olan SimSim abunəçiləri üçün sərfəli mobil internet təklif edir
Bizi izləyin

Digər

Azercell rouminqdə olan SimSim abunəçiləri üçün sərfəli mobil internet təklif edir

İndi 100 MB cəmi 10 AZN

Yay mövsümü ilə əlaqədar Azercell Telekom rouminqdə olan abunəçiləri üçün yeniliklərini davam etdirir. Şikət bu dəfə mobil internet istifadəçilərini sevindirir.

İndi Azercell-in Fakturasız xətt (SimSim) abunəçiləri rominq xidməti çərçivəsində Türkiyədə endirimli və sərfəli internetdən faydalana biləcəklər. Belə ki, Fakturasız xətt abunəçiləri qonşu Türkiyədə olarkən 100 MB internet üçün cəmi 10 manat ödəyəcəklər. İnternet paketinə abunə olmaq üçün 8809 qısa nömrəsinə 100 MB sözünü yazıb göndərmək lazımdır. Abunəçi sifariş etdiyi internet paketindən 30 təqvim günü ərzində istifadə edə bilər. Eyni zamanda, 8809 qısa nömrəsinə boş SMS göndərərək Paket çərçivəsində olan balans haqqinda məlumat əldə edilə bilər.

Məlumat üçün bildirək ki, Azercell bu yay bütün SimSim abunəçilərinə rominq xidməti çərçivəsində istifadə etmək üçün 10 ədəd pulsuz SMS də hədiyyə edib. Eyni zamanda, ötən aydan etibarən Fakturalı xətt abunəçiləri Türkiyədə olarkən 1 MB internet üçün cəmi 55 qəpik ödəyirlər.

Şirkət mütəmadi olaraq rominqdə olan abunəçiləri üçün endirim kampaniyaları həyata keçirir. Bu ildən etibarən rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Şirkət, həm də, Avropanın 20 müxtəlif ölkəsinə səfər edən abunəçiləri üçün 10 manat ödəməklə bu ölkələrdə 15 dəqiqə danışıq imkanını yaratdı. Azercell, həmçinin, fakturalı xətt abunəçiləri üçün rominq xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bildilər. Rominq xidmətini aktiv etmək üçün isə mobil telefonlarınızdan *135*1#YES kodunu yığmaq lazımdı.

Azercell rominq xidmətindən istifadə edən abunəçiləri üçün maraqlı yeniliklər təqdim etməkdə davam edəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm