"Google" sirrli tikilisini hara köçürür? - VİDEO
Bizi izləyin

Digər

"Google" sirrli tikilisini hara köçürür? - VİDEO

Ötən ilin oktyabrından Google şirkəti San Fransisko körfəzində konteynerlərdən ibarət qurğu inşa etməyə başlayanda müxtəlif şaiyələr gəzirdi ki, dünyanın ən böyük texnologiya şirkətlərindən birinin belə bir tikiləyə olan ehtiyacının arxasında duran nədir? Adamın ağlına gələn ilk fikir - dünyanın ən güclü kompüteri...


Publika.Az xarici mediay istinadən xəbər verir ki, "Google" özü qeydiyyat sənədlərində tikilinin incəsənət qurğusu olduğunu yazır. Lakin San Fransiskonun tikintiyə nəzarət qurumları onun inşasını aparan şirkətin tikinti lisenziyası olmadığını bəyan edir.


Nəhayət, "Google" şirkəti vəziyyətdən çıxmaq üçün konteyner tikilisini Kaliforniyanın San Joaquin çayı ilə Stokton şəhərinə aparmaq qərarına gəlir. İki yedək qayığı müəmmalı tikilinin olduğu barjanı 100 kilometrdən artıq bir məsafəyə dartıb aparacaq.

Reuters xəbər veriri ki, "Google", Stokton bələdiyyəsi ilə 1 aylıq razılaşma əldə edib.

Konteynerlər toplusunun sonu necə olacaq, hələ ki, məlum deyil.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm