ÜDM 5,7 faiz artıb
Bizi izləyin

Digər

ÜDM 5,7 faiz artıb

Bu ilin birinci yarısında ölkədə 26,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Publika.az xəbər verir ki, hesabat dövründə iqtisadiyyatın qeyri-neft sahələrində yaradılan ÜDM 9,2 faiz, neft-qaz hasilatı və emalı sektorunda isə 1,3 faiz artmış, qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi 66,9 faizə çatıb.

ÜDM-in 54,1 faizi iqtisadiyyatın istehsal sahələrinin, o cümlədən 36,0 faizi sənayenin, 12,5 faizi tikintinin, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,5 faizi isə xidmət sahələrinin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm