• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Vətəndaş inanmalıdır ki, ödədiyi vergi... - Açıqlama

  • Digər
  • 16 İyul 2015 10:41
  • 394 Baxış
Vətəndaş inanmalıdır ki, ödədiyi vergi... - Açıqlama

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vergi sistemi ilə bağlı söylədikləri müzakirə mövzusu olaraq qalır. Belə ki, prezident bildirib ki, ölkədə vergivermə mədəniyyəti tam şəkildə, şəffaf qaydada formalaşmayıb: “Vergiləri dövlət qurumları verir. Əlbəttə, o vergini almaq böyük məharət tələb etmir. Dövlət Neft Şirkətində hər şey şəffafdır. Bu, dövlət qurumudur. Digər dövlət qurumları da vergiləri tam şəkildə ödəyirlər.

Amma özəl sektor vergini tam şəkildə verirmi? Yox, vermir. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlərsə ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq. Kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın”.

Prezidentin şərhinə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, ölkədə kölgə iqtisadiyyatının payı çoxdur. Bu da qeyri-neft sektorundan daxilolmalara təsir edir: “2015-ci ilin əvvəlindən Vergilər Nazirliyi tərəfindən addımlar atılmasına başlanılıb. Düşünürəm, bu, real sektorun vergiyə cəlb edilməsində, büdcədə sektorun payının artmasında mümüh rol oynayacaq. Real sektorda audit yoxlamaları artıb. Nazirlik bir sıra sahibkarlarla partnyorluq razılaşması əldə edib. Onlar vergilərin daha dəqiq hesablanması və ödənilməsi ilə bağlı öhdəlik götürüblər. Sahibkarların vergi ödənişləri dəqiqləşdirilib”.

R.Əliyev deyir ki, nazirlik tərəfindən qeyri-ənənvi sahələr - restoranlara, şadlıq saraylarına kameralar quraşdırılıb: “Kameralar şadlıq saraylarının dövriyyəsinin vergiyə daha optimal cəlb edilməsinə imkan verəcək”.

İqtisadçının sözlərinə görə, vergi yığımlarının az olması nazirliyin özündən qaynaqlanır: “Vergi əməkdaşları nöqsanlara yol verirlər. Sahibkarla öz aralarında qeyri-rəsmi razılaşırlar. Bu razılaşma nəticəsində iki tərəf qazanır. Əvəzində dövlət büdcəsi itirir”.

Büdcə gəlirlərinin formalaşmasına vergilərin payının mühüm olduğunu deyən R.Əliyev islahatları vacib sayır: “Vergilər Nazirliyinin elektron xidmətləri yüksək şəviyyədə təşkil edilib. Amma ciddi nöqsanlar qalmaqdadır.Belə ki, Vergilər Nazirliyi tərəfindən büdcəyə cəlb edilən vəsaitlər ölkənin iqtisadi potensialının 30-35 faizi qədərdir. Müəyyən sektorlarda güzəştlərə getməklə, leqallığı artırmaqla büdcəyə Vergilər Nazirliyinin xətti ilə daxilolmaları dəfələrlə artırmaq mümkündür. Vergilər Nazirliyinin fəaliyyəti sahibkarlara təzyiq üzərində qurulmamalıdır. Vegi mədəniyyətinin formalaşdırılması istiqamətində işlər görülməlidir. Vətəndaş inanmalıdır ki, ödədiyi vergi itki deyil. Həmin vəsaitləri hansısa şəkildə əhalinin rifahına yönəldilir”.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR