Hansı sahədə daha çox sığorta haqları toplanıb?
Bizi izləyin

Digər

Hansı sahədə daha çox sığorta haqları toplanıb?

Bu ilin 1-ci yarısında Azərbaycanda toplanmış sığorta haqlarının 176,5 milyon manatı və ya 72,8%-i qeyri-həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 13,2% böyüyüb.

Publika.az xəbər verir ki, qeyri-həyat sığortası üzrə yığımların 23,8%-i və ya 42 milyon manatı tibbi sığortanın, 20,4%-i və ya 36,1 milyon manatı avtomobillərin icbari sığortasının, 10,3%-i və ya 18,2 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 9,4%-i və ya 16,6 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 8,9%-i və ya 15,7 milyon manatı kasko sığortasının, qalan 27,2%-i və ya 48 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Yarım ildə sığorta ödənişlərinin 66,7%-ni və ya 61,5 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 0,7% azdır.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 39,6%-i və ya 24,3 milyon manatı tibbi sığortanın, 25%-i və ya 15,4 milyon manatı avtomobillərin icbari sığortasının, 19,8%-i və ya 12,2 milyon manatı kasko sığortasının, qalan 15,6%-i və ya 9,6 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 34,8 manatı ödəniş edilib. 2014-cü ilin yanvar-iyun aylarında bu rəqəm 39,7 manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm