Neft Fondu xərclədiyi pulların hesabatını verdi
Bizi izləyin

Digər

Neft Fondu xərclədiyi pulların hesabatını verdi

Bu ilin əvvəlindən Neft Fondunun büdcə xərcləri 4 042,1 milyon manat olub.

Publika.az fonda istinadən xəbər verir ki, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə 297,9 mln. manat xərclənib. Qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həllinə 1 847,6 mln. manat sərf edilib. Digər xərclərə gəlincə, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsinə 779,6 mln. manat, Samur-Abşeron kanalının rekonstruksiya edilməsinə 1 196,1 mln. manat, dövlət büdcəsinə transfertlərə 59 333,6 mln. manat, Dövlət İnvestisiya şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsinə (2006-cı ildə başa çatıb) 90,0 mln. manat, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinə 441,4 mln. manat yönəldilib.

Eləcə də fonddan “STAR” neft emalı kompleksinin tikintisinə 596,1 mln. manat xərclənib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm