Səbuhi Rəhimlidən 12 martın astroloji proqnozu
Bizi izləyin

Digər

Səbuhi Rəhimlidən 12 martın astroloji proqnozu

QOÇ – Bürcünüzdəki kosmik fon iştirakçısı olduğunuz proseslərə müsbət çalarlar verəcək. Xüsusən də iş müstəvisində iərliləyişlərin şahidi olacaqsınız. Sənədlərlə bağlı diqqətli olun.

BUĞA – Daxili tərəddüdləriniz nəhayət ki, arxada qalacaq və siz öz öhdəliklərinizi ləyaqətlə icra edəcəksiniz. İndiki həssas mərhələdə kin-kidurət və qisasçılıq amillərini dondurun.

ƏKİZLƏR – Təbiət qoynunda istirahət etməyiniz, çoxdan görmədiyiniz doğma və yaxınlarınıza baş çəkməyiniz daxili sabitliyinizi bərpa edəcək. Günün sonuna doğru maraqlı informasiyalar alacağınız gözlənilir.

XƏRÇƏNG – Günün ümumi mənzərəsi qənaətbəxşdir. Qarşılıqlı münasibətlərdən tutmuş səhhətinizə qədər çox şey sizi qane edəcək. Amma fiziki işlər və yeni sövdələşmələrlə bağlı neytral olmalısınız.

ŞİR – Səhər saatlarında bəzi qanqaraçılğı gözlənilsə də, təmkininizi qorumaqla bu mərhələni itkisiz başa vura bilərsiniz. Sonrakı müddətdə isə mövqelərinizi daha da bərkidə biləcəksiniz.

QIZ – Bütün gücünüzü münasibətlər sisteminə yönəldin. Çünki astroloji göstəricilər yalnız deyilən sahədə passivlik olduğunu bildirir. Maliyyə və iş sahəsində isə uğurlu gündür.

TƏRƏZİ – Daha çox istirahətə yer ayırın. Daxili orqanlarınıza diqqət ayırmaqla bahəm, yaşadığınız mənzildə yenidənqurma işləri aparmağa dəyər. Saat 19-22 aralığında yeniliklər də gözlənilir.

ƏQRƏB – Səfərə çıxmaq üçün uğurlu gün olsa da, gərək yola çıxmağınız məhz işgüzar məna kəsb eləsin. Əks halda, uzaq məsafə qət etməyiniz ovqatınızı yüksəltməyə bilər. Bu gün müqəddəs məkanlara da baş çəkin.

OXATAN – Neçə gündən bəri davam edən aşağı ovqatınız nəhayət ki, saat 11 radələrindən yüksəlməyə başlayacaq. Bu isə ətrafınızla mündsibətlərdə müsbət çalar yaradacaq. Bu gün uzaq yola çıxmayın.

OĞLAQ – Göy qübbəsi yaxşı alış-veriş etmək üçün əla bir günə qədəm qoyduğunuzu bəyan edir. Çatışmayanları əldə etməyə çalışın. Saat 16-dan sonranı isə bütünlüklə sevgiyə həsr edin.

SUTÖKƏN – Özünüzü zəif bilməyin və hədəfinizə yetişmək üçün mübarizə meydanında məğrur dayanın. Bunu bacardığınız təqdirdə günün sonuna qədər qələbə işartılarını özünüz də görəcəksiniz.

BALIQLAR – Qarşınızda sakit bir təqvim dayanıb. Bu səbəbdən gücünüzə və şəraitə uyğun olan istənilən addımı ata bilərsiniz. Səhhətiniz imkan verməsə, səfərə çıxmayın. Ulduzlar büdcənizdə irəliləyiş vəd edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm