Ölkəyə avtomobil idxalı 2 dəfəyə yaxın azalıb
Bizi izləyin

Digər

Ölkəyə avtomobil idxalı 2 dəfəyə yaxın azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 19 476 ədəd avtomobil idxal olunub.

Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 862 avtomobil və 1,97 dəfə azalma deməkdir. Qeyd edək ki, Ölkəyə gətirilən avtomobillərin 660 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 17 345 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 275 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 196 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri olub.

Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə cari ilin aprel ayının 1-dən başladığı Avro-4 ekoloji standartına keçidi ilə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm