XİN: Ukraynada qətlə yetirilən azərbaycanlılarla bağlı məsələ araşdırılır
Bizi izləyin

Digər

XİN: Ukraynada qətlə yetirilən azərbaycanlılarla bağlı məsələ araşdırılır

Bu il iyunun 25də Ukraynanın Xerson vilayəti, Uryupinski rayonu Podlenivka kəndi ərazisində qətlə yetirilmiş Azərbaycan vətəndaşı Nuruşov Vüqar Qiyas oğlu və bu il avqustun 17-də Xerson şəhərində qətlə yetirilmiş Azərbaycanin Culfa rayonunda anadan olmuş Ukrayna vətəndaşı Tağıyev İlham Tağı oğlunun öldürülməsi ilə əlaqədar Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən açılmış cinayət işləri Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən izlənilir.

Bu barədə Publika.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, qeyd olunan cinayət işləri ilə əlaqədar səfirlik tərəfindən Ukrayna Xarici İşlər Nazirliyinə və Baş prokurorluğuna müraciətlər göndərilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm