Manat nə zaman möhkəmlənəcək?
Bizi izləyin

Digər

Manat nə zaman möhkəmlənəcək?

Manatın məzənnəsi necə müəyyənləşir? Son günlərdə ən çox müzakirə edilən məsələ, yəqin ki, budur desək yanılmarıq.

Publika.az-ın sualına cavar verən iqtisadçı-ekspert Vüqar Bauramov deyir ki, manatın cari məzənnəsi müəyyənləşdirilən zaman neftin dünya bazar qiyməti nəzərə alınmır. Neftin dünya bazar qiymətinin cari kursa hər hansı təsiri yoxdur: “O baxımdan, neftin dünya bazar qiyməti yüksələn zaman manatın kursu düşə bilər və ya əksinə neft ucuzlaşan zaman məzənnə müqayisəli arta bilər. Mərkəzi Bank xüsusi məzənnə tətbiq etməyəcəyi təqdirdə bu davam edəcək. Neftin dünya bazar qiyməti isə birmənalı şəkildə cari deyil, strateji məzənnəyə təsir göstərir”.

İqtisadçı bildirir ki, əvvəllər, Mərkəzi Bank 1 valyutalı səbətdən istifadə edirdi. Belə ki, məzənnə dollara birbaşa, digər valyutalara çarpaz müəyyənləşdirilirdi: “Bu o demək idi ki, manatın dollara məzənnəsi, demək olar, dəyişmirdi və digər valyutaların ABŞ puluna kursu necə olurdusa milli valyutamız da onlara elə uyğunlaşdırılırdı. Yəni, manatın dollara məzənnəsi dəyişmir, digərləri ilə isə dünya valyuta bazarındakı dəyişikliklərə uyğun tənzimlənirdi. Bu ilin fevral ayından 2 valyutalı səbətdən istifadə edilir. Artıq avro dollar ilə yanaşı dayanır.

Yəni, dünya valyuta bazarında məzənnə dəyişikliyi baş verirsə artıq manatın dollar kursu sabit qalmır, o da dəyişir. Mərkəzi Bankın valyuta səbətində dolların payı yenə də çoxdur. Bu o deməkdir ki, dolların avroya məzənnə dəyişən zaman ABŞ pulu avropalıların puluna nisbətən buna daha az reaksiya verir. Məsələn, avro dollara nisbətən 3 faiz möhkəmlənir. Mərkəzi Bank həmin kurs dəyişikliyini nəzərə alan zaman avronun manata məzənnəsi milli valyutamızın dollara kursuna nisbətən daha çox dəyişir. Yəni, manat avroya nisbətən hiss edilən səviyyədə yumşalsa da, dollara nisbətən cüzi möhkəmlənir. Və ya əksinə, dollara avroya nisbətən 3 faiz dəyişirsə o zaman manat Avropa puluna nisbətən kəskin möhkəmlənir, amma dollara nisbətən həmin faizlə ucuzlaşmır.

Bununla belə, dollar/manat/avro nisbəti dolların avronun dünya bazarındakı məzənnəsinə tam uyğun olur. Bu ona gətirib çıxarır ki, avronun manata kursu daha çox, dolların məzənnəsi müqayisəli xeyli az faizlə dəyişir. Mövcud valyuta səbətini qoruduğu müddətcə Mərkəzi Bank xüsusi məzənnə tətbiq etməyəcəyi halda neftin dünya bazar qiymətinə deyil, avro-dollar asıllığına əsasən kursu müəyyənləşdirəcək. Deməli, Mərkəzi Bankı xüsusi kurs müəyyənləşdirməzsə və Avropa pulu ABŞ valyutasını güncə sıxışdıra bildiyi halda manat dollara qarşı möhkəmlənəcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm