“Mançester Yunayted Futbol Məktəbi”nə növbəti seçimin nəticələri elan edildi - FOTOLAR
Bizi izləyin

Digər

“Mançester Yunayted Futbol Məktəbi”nə növbəti seçimin nəticələri elan edildi - FOTOLAR

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mançester Yunayted Futbol Məktəbinə seçim prosesinin nəticələrini elan edir.

“Bayıl Arena” stadionunda təşkil olunan seçim prosesində avqustun 22-də 2007-2008-ci il təvəllüdlü 32 nəfər, avqustun 23-də isə 2004, 2005, 2006-cı il təvəllüdlü 54 nəfər uşaq iştirak edib. Seçimlərin yekun mərhələsi 2004, 2005, 2006-cı il təvəllüdlülər üçün 26 avqust, 2007-2008-ci il təvəllüdlü uşaqlar üçün isə 29 avqust tarixində keçirilib. Seçimlərdən müvəffəqiyyətlə keçən və Mançester Yunayted Futbol Məktəbinə qəbul olunan uşaqların adları aşağıdakı cədvəldə qeyd olunub:

Ad, Soyad

Təvəllüd

1

Raul Məmmədov

2004

2

Əli Abbasov

2004

3

Riad Qəhrəmanov

2005

4

Murad Rüstəmov

2005

5

Nəbi Hacıyev

2005

6

Cozef Hickman

2005

7

Hacıəli Şirəliyev

2005

8

Nihat Əhmədzadə

2006

9

Liam Erik Brown

2006

10

Əli Əhmədov

2008

11

İsa Hüseynov

2007

12

Murad Məmmədov

2007

13

Nihad Şahhüseynli

2008

Seçilmiş uşaqlar üçün 6 həftəlik sınaq müddəti təyin olunub. Bu sınaq müddətini müvəffəqiyyətlə başa vuran uşaqlar yaş qruplarına uyğun olaraq U-10, U-11 və U-12 qruplarında məşqlərdə iştirak edəcəklər.

Qeyd edək ki, seçimlər Mançester Yunayted Futbol Məktəbindən Azərbaycana ezam olunmuş məşqçi Mick Benett, AFFA tərəfindən isə Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm