Çin iqtisadiyyatı FED-i ikiyə böldü
Bizi izləyin

Digər

Çin iqtisadiyyatı FED-i ikiyə böldü

Çin iqtisadiyyatının yavaşlaması nəticəsində birjalarda yaşanan böhran ABŞ Mərkəzi Bankında fikir ayrılıqlarına səbəb olub.

Publika.az xəbər verir ki, ABŞ Mərkəz Bankının (FED) 16-17 sentyabrda reallaşacaq toplantısında faizləri artırıb artırmayacağına dair müəmmalar çoxalır. Dünyanın ən yaxşı bankirlərinin və alimlərinin bir araya gəldiyi 2 günlük “Jackson Hole” zirvəsində də FED-in hansı qərarı verəcəyinə dair bir mesaj verilmədi. Düzdür, toplantıda FED üzvləri müəyyən eyhamlar vurdular. Ancaq mesajların hamısı qarışıq idi. Belə ki, FED-in bəzi üzvləri bildirib ki, bazarlardakı dalğalanmaya 2008-ci ildən bu yana həyata keçirilən geniş pul siyasətləri səbəb olub. Bəziləri isə hazırkı vəziyyətin inflyasiyanın aşağı qalacağına işarə olduğunu, müdaxilənin iqtisadiyyata zərbə vura biləcəyini deyiblər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm