Millət vəkili Jirinovskinin təklifini təlxəklik adlandırdı
Bizi izləyin

Digər

Millət vəkili Jirinovskinin təklifini təlxəklik adlandırdı

Millət vəkili Jirinovskinin təklifini təlxəklik adlandırdı


“Dağlıq Qarabağ məsələsinin həlli Jirinovskinin vətəndaşı olduğu ölkədən, Rusiyadan daha çox asılıdır. Elə məsələnin indiyə qədər həll edilməməsində də Rusiyanın marağı olmuşdur”.

Bu barədə millət vəkili Çingiz Qənizadə Publika.Az -a açıqlamasında Rusiya Liberal-Demokrat partiyasının sədri Vladimir Jirinovskinin Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı dediklərinə cavabında deyib. Millət vəkili bunu sərsəm fikir olduğunu deyib.

“Qarabağın Rusiyaya birləşdirilməsi kimi Jirinovskinin sərsəm təklifinə gəlincə isə qeyd etmək istəyirəm ki, bütün zamanlarda kralların, şahların, ümumiyyətlə birinci şəxslərin ətrafında təlxəklər olmuşdur. Ona görə də bu cür təlxəklərin sərsəm fikirlərinə ciddi yanaşmağa dəyməz”-deyə Ç. Qənizadə qeyd edib.

Qeyd edək ki, Vladimir Jirinovski Rusiya Xəbər Xidmətinə müsahibəsində deyib ki, Azərbaycan və Ermənistan heç zaman Qarabağla bağlı razılığa gəlməyəcəklər. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qalmaqallı təklif verib.

“Azərbaycan və Ermənistan heç zaman Qarabağla bağlı razılığa gəlməyəcəklər. Buna görə də ən yaxşısı onu Rusiyanın tərkibinə daxil etməkdir. Onda həm ermənilər inciməyəcək, həm də azərbaycanlılar bununla barışacaqlar. Çünki Qarabağ Ermənistanda qalmayacaq və Rusiyanın tərkibinə keçəcək”-deyə o, bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm