• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Avro və dollar alıcıları üçün ən əlverişli günlər

  • Digər
  • 7 Sentyabr 2015 12:08
  • 635 Baxış
Avro və dollar alıcıları üçün ən əlverişli günlər

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) bu ilin avqust ayında Bakıda və Azərbaycanın 5 bölgəsində fəaliyyət göstərən valyutadəyişmə məntəqələri arasında sorğu keçirib.

Publika.az-a bu barədə İSİM-in rəhbəri Vüqar Bayramov xəbər verib. O bildirib ki, sorğu nəticəsində yalnız xarici valyutalara tələbin empirik dəyişməsi deyil, eyni zamanda vətəndaşlarımız üçün faydalı olacaq nəticələr əldə edilib. Xarici valyuta alıb-satmaq istəyənlər üçün "dolları nə zaman almalı" - sualına da cavab tapılıb:

- Xarici valyuta almaq istəyənlər bunu həftənin iş günləri etsinlər. Belə ki, avro-dollar kursunun fiks olması halında həftə içi manatın dollara məzənnəsi daha əlverişli olur;

- Həftə sonları xarıcı valyutaların, xüsusən də dolların manata məzənnəsi iş günlərinə nisbətən daha yüksək olur. Dollar və ya avro alacaqsınızsa, bunu həftəsonuna saxlamayın. Sorğu göstərir ki, rəsmi kursu həftənin digər günləri ilə eyni olmasna rəğmən, əksər hallarda bazar günləri dollar cümə gününə nisbətən baha satılır;

- Dollarını dəyişmək istəyənlər isə onu həftəsonu etsələr, daha məqsədəuyğun olar. Həftə sonları dollara müqayisəli olaraq daha çox manat ödənilir;

- Qarşıdan bayram günləri gəlirsə və siz xarici valyuta almağı planlaşdırırsınızsa, bunu bayramadək edin, əks halda daha yüksək kursla dollar almalı olacaqsınız. Dolları satırsınızsa, bunu bayramın sonuncu günü etmək məqsədəuyğundur;

- Avro-dollar məzənnəsinin fiks qəbul ediləcəyi halda dollar almaq üçün ən məqbul iş həftəsinin ortasıdır. Mərkəzi Bankın intervesiyası nəticəsində həmin günlər dolların manata məzənnəsi daha əlverişli olur.

Deməli, sorğu nəticəsində əldə olunan sözügedən empirik nəticələrdən faydalanmaqla dollar alıb-satmaq istəyənlər daha çox pul qazana bilərlər.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR