Ölkə əhalisinin 27 faizi banklara borcludur
Bizi izləyin

Digər

Ölkə əhalisinin 27 faizi banklara borcludur

Kredit götürən şəxslərin sayı ölkə əhalisinin 27%-ni təşkil edir. Belə ki, avqust ayında ölkədə kredit götürən şəxslərin sayı 2 472 302 nəfər olub.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit götürən şəxslərin sayı 15 785 nəfər artıb. Bununla yanaşı, zamin şəxslərin sayında da artım olub. Zamin şəxslərin sayı son bir ay ərzində 15 min 823 nəfər artaraq, 1 milyon 157 min 351 nəfərə çatıb.

Kredit götürən şəxslərin 2 milyon 438 min 268 nəfəri fiziki şəxslər, 11 min 83-ü hüquqi şəxslər, 22 min 951 nəfəri isə sahibkarlıqla məşğul olan şəxslərdir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm