“Azəri-Çıraq-Günəşli”dən Neft Fonduna 115 milyard 92 milyon dollar daxil olub
Bizi izləyin

Digər

“Azəri-Çıraq-Günəşli”dən Neft Fonduna 115 milyard 92 milyon dollar daxil olub

2001-ci ildən 2015-ci ilin 1 sentyabrına qədər olan müddətdə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” neft və qaz yataqları blokunun işlənməsi çərçivəsində 115 milyard 92 milyon dollar daxil olub.

Publika.az Neft Fonduna istinadən xəbər verir ki, 2015-ci ilin yanvar-avqust aylarında AÇG layihəsi çərçivəsində fonda 4,94 milyard dollar daxil olub. Neft Fondunun AÇG-dən olan gəlirləri fonda daxilolmaların 93%-ni təşkil edir. 2014 ildə Neft Fondunun $16.2 milyard gəlirinin $15,1 milyardını AÇG-dən daxilolmalar təşkil etmişdi.

Xatırladaq ki, müqavildə şirkətlərin iştirak payı aşağıdakı kimi bölüşdürülüb : BP (operator) – 35.78 faiz, “Şevron” – 11,27 faiz, “Inpex” – 10,96 faiz, AzACG – 11,65 faiz, “Statoyl” – 8,56 faiz, “Exxon” – 8%, TPAO – 6,75 faiz, “Itocu” – 4,3 faiz, ONGC – 2,72 faiz.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm