Levon Cavaxyan: “1915-ci il hadisələrində ermənilər günahkardır”
Bizi izləyin

Digər

Levon Cavaxyan: “1915-ci il hadisələrində ermənilər günahkardır”

Levon Cavaxyan: “1915-ci il hadisələrində ermənilər günahkardır”

“Ruslar türklərlə savaşır, sən də Türkiyədə yaşaya-yaşaya könüllü olaraq ruslara qoşulursan və türklərə qarşı vuruşmağa başlayırsan. Aydın məsələdir ki, bunun axırı pis olacaq”.


Martın 8-də erməni yazıçısı Levon Cavaxyanın “Vernisaj” hekayələr toplusu çap edilib. Kitab Gürcüstanın əsasən azərbaycanlıların yaşadığı Tekali kəndində eyni adlı sülh təşəbbüsü çərçivəsində təqdim edilib.

Kənd həm də Azərbaycan və Ermənistan sərhədində yerləşir. Yazıçı dəfələrlə Ermənistanda millətçilərin tənqidi ilə üzləşib. Bu da onun azərbaycanlıya rəğbətlə yazılmış “Kirvə ” hekayəsi ilə bağlıdır. Yazıçı Yerevanda gümüşü əşyalar satmaqla dolanır. Onunla iş yerində aparılmış müsahibədən seçmələr.


“SƏNƏTDƏ SƏRHƏD YOXDUR”

- Mənim üçün bədii əsər vəhşi heyvan kimidir. O, güclüdürsə, müstəqil həyata öyrəşir və ata-anasından ayrı yaşamağa başlayır. Mən elə bir ədəbiyyatın tərəfdarıyam ki, qol-qanad açıb müstəqil yaşaya bilsin. Mənim vəzifəm onu dünyaya gətirməkdir, sonra hara uçub gedəcək, artıq mənim problemim deyil. Mənim xoşuma gəlmir ki, hər yerdə məni “Kirvə” hekayəsinin müəllifi kimi təqdim edirlər. Mən o hekayəni yazmamışam ki, Azərbaycanda məşhurlaşım, yaxud məni Ermənistanda tənqid eləsinlər. Mənim həmin münaqişəli vəziyyəti öz hekayəm, öz eqom üçün təsvir etmişəm. Həmin hekayənin siyasi alver predmetinə çevrilməsi qətiyyən xoşuma gəlmir. Sənətçi dünyaya bir gözlə baxır. Sənətdə sərhəd yoxdur. Əsl sənət sərhədləri məhv etməlidir, hətta tikanlı məftildən olsa belə. Yazıçının özü də olmasa, heç olmasa əsərləri məhv etməlidir. Sənətin humanzmə əsaslanması daha yaxşıdır.

“MƏGƏR ƏKRƏM ƏYLİSLİ TÜRK DEYİL?”

- Mənim hekayəmdə iki erməni ilə bir azərbaycanlı arasında insani münasibətlərdən danışılır. Biz elə bir sükunət içindəyik, elə bir axmaq vəziyyətdəyik ki, “dostun” səndən soruşa bilər ki, doğrudanmı sən yaxşı türk görmüsən? Guya ki türklər pisdir. Mənim üçün pis xalq yoxdur. Bir çimdik duz suyun dadını dəyişir. Ayrı-ayrı fərdlər öz xalqına ləkə ola bilər. Elə bir stereotip yaradılır ki, kimsə türkdürsə, mütləq pis adamdır. Əkrəm Əylisli türk deyil? Azərbaycanlı deyil? Mənə ünvanlanan tezis budur ki, guya yaxşı türk var ki, sən onlardan yaxşı yazırsan?

“AYDIN MƏSƏLƏDİR Kİ, BUNUN AXIRI PİS OLACAQ”

-Türklərin bizi qırmasında bizim heçmi günahımız olmayıb? Mən həmişə deyirəm, təsəvvür edin ki, Araqats bölgəsində yaşayan kürdlər həmin dağla birlikdə Türkiyəyə birləşdiklərini elan edirlər. Onda nə baş verər? Qətliam? Axı bu bizim xoşumuza gəlməz. Biz 500 il Türkiyədə yaşamışıq. Pis də yaşamamışıq. Nazirlərimiz, ictimai, siyasi xadimlərimiz olub. Elə ki bu arealda ruslar peyda oldu, rus-türk müharibələri başlandı, biz dərhal ruslara qahmar çıxdıq. Rus sərhədləri daxilində yaşayıb-yaşamamağın nə fərqi var? Ruslar türklərlə savaşır, sən də Türkiyədə yaşaya-yaşaya könüllü olaraq ruslara qoşulursan və türklərə qarşı vuruşmağa başlayırsan. Aydın məsələdir ki, bunun axırı pis olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm