• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əməkhaqları 5 faizə yaxın artıb

  • Digər
  • 14 Sentyabr 2015 12:59
  • 412 Baxış
Əməkhaqları 5 faizə yaxın artıb

Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1508,0 min nəfər olub. Onlardan 877,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 630,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Publika.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 22,2 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,2 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 17,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2015-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artaraq 458,9 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR