Sabir Rüstəmxanlı: “Azərbaycan Qərbin planlarını pozur”
Bizi izləyin

Digər

Sabir Rüstəmxanlı: “Azərbaycan Qərbin planlarını pozur”

“Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi qətnamə təkcə Azərbaycan hakimiyyətinin deyil, bütövlükdə xalqın təhdidir”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Deputat bəyan edib ki, bu qətnamə Azərbaycan xalqının maraqları üçün qəbul olunan qanunlara ziddir.

“Heç kim demir ki, Azərbaycanda problem yoxdur. Ancaq bu problemi Azərbaycana qarşı təhdid kimi istifadə etmək doğru deyil. Hesab edirəm ki, bu qətnamənin qəbulunda erməni lobbisinin və Türk-İslam birliyinə qarşı xristian həmrəyliyinin hücum cəhdlərinin böyük rolu var. Bu gün müsəlman ölkəsi olan Azərbaycan demokratiya yolunda uğurla addımlayır. Təbii ki, bütün bunlar Qərbin planlarını pozur. Çünki Qərb dünyada “müsəlmanlarda demokratiya ola bilməz” prinsiplərini nümayiş etdirir. Azərbaycan isə bu prinsipləri pozur”, - Rüstəmxanlı deyib.

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı məsələyə də toxunan S.Rüstəmxanlı qeyd edib ki, o, adi operator olub: “O elə tanınmış bir jurnalist deyildi. Rasim Əliyevin hakimiyyət əleyihinə elə ciddi materialları da olmayıb. Avropanın Rasim Əliyevin ölümünü Azərbaycan hakimiyyətinin əleyhinə yazmaq cəhdləri gülüncdür”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm