20 milyard manat kredit verilib
Bizi izləyin

Digər

20 milyard manat kredit verilib

Avqust ayının 1-nə kimi ölkənin bankları, bank olmayan kredit təşkilatları və kredit ittifaqları hüquqi və fiziki şəxslərə 20,2 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar.

Publika.az xəbər verir ki, onun 78,1 faizi və ya 15,77 milyard manatı uzunmüddətli kreditlər olub. Verilmiş kreditlərin həcmi 2014-cü il avqust ayının 1-i ilə müqayisədə 18,5 faiz artıb. Kreditlərin 6,4 faizinin ödəmə vaxtı keçib.

Əhalinin banklardakı əmanətlərinin manat ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 2015-ci il avqust ayının 1-nə 7,6 milyard manat təşkil edib.

Avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,05 manata (ilin əvvəlindən 0,99 manata), 1 Avro -1,17 manata (1,10), 100 Rusiya rublu -1,61 manata (1,72) bərabər olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm