SOCAR Yunanıstanın yeni hökumətini gözləyir
Bizi izləyin

Digər

SOCAR Yunanıstanın yeni hökumətini gözləyir

SOCAR Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətindəki səhmlərinin 16%-ini satmağa hazırdır.

Publika.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. O deyib ki, hazırda bununla bağlı 2 şirkətlə danışıqlar aparılır: “SOCAR DESFA-nın səhmlərinin 66%-nin özəlləşdirilməsində israrlıdır. Biz 66% səhm paketinin alınmasında israrlıyıq və bu məsələdə dəyişiklik gözləmirik".

R. Abdullayev deyib ki, bu istiqamətdə Yunanıstanda yeni seçiləcək hökumətlə danışıqlar davam etdiriləcək.

Xatırladaq ki, avqustun 26-da SOCAR-ın nümayəndə heyəti Yunanıstanın paytaxtı Afinada bu ölkənin Dövlət Əmlakının İdarə Edilməsi Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) və "Hellenic Petroleum S.A." şirkətinin rəhbərləri ilə görüşüb. Tərəflər SOCAR tərəfindən DESFA-nın özəlləşdirilməsi məsələsini müzakirə edib. Bütün tərəflər DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm