Sürix dünyanın ən bahalı şəhəri adını qazandı
Bizi izləyin

Digər

Sürix dünyanın ən bahalı şəhəri adını qazandı

İsveçrə bankının araşdırmasına görə, İsveçrənin Sürix şəhəri dünyanın ən bahalı şəhəridir.

Publika.az xəbər verir ki, İstanbul bu siyahıda 35-ci sırada yer alır. Qeyd edilir ki, Sürixdə 3 nəfərlik ailənin aylıq xərci 122 məhsul və xidmət üzrə 3600 dollardır. Həmin rəqəm Cenevrə üzrə 3500 dollar, Nyu-York üzrə 3340 dollar təşkil edir. Yeri gəlmişkən, rəqəmlərə mənzil kirayəsi daxil edilməyib. Aylıq xərclərə mənzil kirayəsi daxil edildikdə Nyu-York ən bahalı şəhərlər sırasında Sürix və Cenevrəni qabaqlayır.

Araşdırmada bildirilir ki, Sürix və Cenevrədə işçi bir hamburger almaq üçün 11 dəqiqə, Keniyada isə işçi hamburger almaq üçün 3 saat işləməlidir.

Bu arada dünyanın ən ucuz şəhərlərinin siyahısı da açıqlanıb. Ukraynanın Kiyev, Bolqarıstanın Sofiya və Rumıniyanın Bükreş şəhərləri ən ucuz şəhərlərdir.

Araşdırmada o da bildirilir ki, şəhər içi kütləvi nəqliyyat vasitələrinin qiyməti dünyada ortalama 1.5 avro təşkil edir. Müqayisəli təhlillər göstərir ki, Danimarkanın paytaxtı Kopenhagendə alınan biletlə Kiyevdə 285 kilometr səyahət etmək mümkündür.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm