• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Xaricdən kredit alan təşkilatlar borclarını öz hesablarına ödəyəcəklər

  • Digər
  • 22 Sentyabr 2015 12:10
  • 530 Baxış
Xaricdən kredit alan təşkilatlar borclarını öz hesablarına ödəyəcəklər

2016-cı ildə xaricdən kredit alan təşkilatlar borclarını öz hesablarına ödəyəcəklər.

Publika.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə 2016-cı ilin dövlət büdcəsində qeyd edilir. Bildirilir ki, 2016-cı ilin büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər üçün 1249,7 milyon manat nəzərdə tutulub. Bu da cari illə müqayisədə 61,0 faiz çoxdur.

Əvvəlki illə müqayisədə həmin xərclərin artımı əsasən xarici valyutada ifadə olunan borc öhdəliklərinin manatın cari ildəki korreksiyasından sonra yenidən qiymətləndirilməsi, eyni zamanda faiz və əsas borcların ödəniş müddətinin bitməsi ilə bağlıdır.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR