Qazaxıstan Krımın ilhaqını tanıdı - QALMAQAL
Bizi izləyin

Digər

Qazaxıstan Krımın ilhaqını tanıdı - QALMAQAL

Qazaxıstanın orta məktəb dərsliklərində Krım yarımadasının Rusiyanın bir hissəsi kimi göstərilməsi Astana və Kiyev arasında gərginlik yaradıb.

Publika.az “İnterfaks” agentliyinə istindən xəbər verir ki, Ukraynanın Qazaxıstandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.

Ukrayna tərəfi hesab edir ki, bu hadisə beynəlxalq cəmiyyətin, həm də dəfələrlə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarla çıxış edən Qazaxıstanın mövqeyinə ziddir.

Öz növbəsində Qazaxıstan Təhsil Nazirliyindən bildiriblər ki, “Mekteb” nəşriyyatının çap etdiyi dərslikdəki informasiyanı araşdırır. Qurum ekspertlərin rəyindən sonra öz mövqeyini elan edəcəyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm