Tanınmış caz ifaçılarının Novruz bayramına həsr olunmuş konserti olacaq
Bizi izləyin

Digər

Tanınmış caz ifaçılarının Novruz bayramına həsr olunmuş konserti olacaq

Tanınmış caz ifaçıları Elnur Hüseynov və Diana Hacıyeva dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən “Pik Palace” otelində Novruz bayramına həsr olunmuş xüsusi proqramla çıxış edəcəklər.

Tanınmış caz ifaçıları Elnur Hüseynov və Diana Hacıyeva dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən “Pik Palace” otelində Novruz bayramına həsr olunmuş xüsusi proqramla çıxış edəcəklər.

AzərTAc xəbər verir ki, ifaçılar yeni proqramı gənc və istedadlı “iJazz” qrupunun müşayiəti altında təqdim edəcəklər. Novruz bayramı ilə əlaqədar hazırlanan xüsusi kampaniya çərçivəsində “iJazz” qrupu martın 21-dən 23-dək hər axşam “Pik Palace” otelində çıxış edəcəkdir.

Elnur Hüseynov Diana Hacıyeva ilə Azərbaycanın ən yüksək dağlıq yerində çıxış edən ilk yerli müğənnilər olduqlarından məmnunluğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, Novruz bayramı xüsusi bir gündür və həmin axşam konsertə gələn insanların baharla görüşünün xüsusi olması üçün ifaçılar əllərindən gələni əsirgəməyəcəklər.

Konsert otelin “Acacia” zalında təşkil olunacaqdır.

“Pik Palace” oteli Azərbaycanın ən yüksək dağlıq ərazisində, Bakıdan 230 km şimalda yerləşir və Şahdağ mənzərəsinə açılır.

Konsertə bilet sifarişini telefonla (+994 12) 310-20-10 və ya www.pikpalace.com internet səhifəsində etmək olar. /Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm