“Bank of Baku"-nun 3 filialı bağlandı
Bizi izləyin

Digər

“Bank of Baku"-nun 3 filialı bağlandı

“Bank of Baku"-nun Bakı şəhərində yerləşən 3 filialı fəaliyyətini dayandırıb. Bu, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 17 ünvanında yerləşən "28 may" filialı, Nizami rayonu, Babək prospekti, 2269-cu məhəllə ünvanında yerləşən "Babək" filialı və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin "D" massivi, Günəşli küçəsində yerləşən "Yeni günəşli" filialıdır.

Bankdan Publika.az-a verilən məlumata görə, filialların bağlanmasının səbəbi səhmdarların qəbul etdiyi 3 illik “yeni persperktivlər” planı çərçivəsində həyata keçirilib. Belə ki, bank filial şəbəkəsinin optimallaşdırılması prosesinə başlayır. Bu optimizasiya prosesi əsasında müxtəlif meyarlara görə seçilmiş 3 filial yaxınlıqda olan daha böyük filiallarla birləşdirilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm