• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

ARDNF daşınmaz əmlak portfelini açıqladı

  • Digər
  • 1 Oktyabr 2015 20:13
  • 422 Baxış
ARDNF daşınmaz əmlak portfelini açıqladı

ARDNF 2014-cü ilin sonuna daşınmaz əmlak portfelini açıqlayıb.

Publika.az Neft Fonduna istinadən xəbər verir ki, fondun daşınmaz əmlak portfeli ötən ilin sonuna London şəhərinin Seynt Ceyms 78, Paris şəhərinin Vandom meydanı 8, Moskva şəhərinin Tverskaya 16 və Seul şəhərinin Ecuro 203 ünvanında yerləşən 4 aktivdən ibarət olub. Qeyd edilən aktivlər üzrə illik icarə gəlirləri aşağıdakı kimi olub:

• 78 Seynt Ceyms küçəsi- 9 650 000 ingilis funt sterlinqi;

• Vendom Meydanı 8 – 5 065 000 avro;

• Tverskaya 16 (Qalereya Aktyor binası) - 319 690 000 Rus rublu;

• Payn Avenyu Tauer A – 22 154 400 000 Koreya vonu.

ARDNF-dan qeyd edilir ki, 2014-cü ildə Qalereya Aktyor binasının ticarət mərkəzi hissəsinin yenidən qurulması prosesi başlanılıb. Əlavə olaraq 7-ci mərtəbədə restoranın açılması nəzərdə tutulub. Yenidənqurma işlərinə görə itirilmiş icarə gəlirləri və kapital xərclərini nəzərə alaraq 2014-cü ildə xalis gəlirlilik 2013-cü ilə nisbətən azalıb. İlin sonunda portfeldə yer alan aktivlər müstəqil qiymətləndirmə şirkətləri tərəfindən qiymətləndirilib.

Qiymətləndirmənin nəticələrinə görə, 78 Seynt Ceyms – 193 350 000 ingilis funt sterlinqi, Vandom meydanı 8 – 158 000 000 avro, Tverskaya 16 – 5 687 000 000 rus rublu dəyərində,Ppayn Avenyu Tauer A – 481 900 000 000 koreya vonu dəyərində qiymətləndirilib.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR