• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Paralel dünyanın insanları: onları görmək mümkündürmü? - FOTOLAR

  • Digər
  • 15 Mart 2014 13:11
  • 7 386 Baxış
Paralel dünyanın insanları: onları görmək mümkündürmü? - FOTOLAR

Adi vaxtda gözəgörünməz olan varlıqlar adətən şəkil və videolarda peyda olur. Biz insanlar çox vaxt onları ölmüş insanların ruhu kimi qavrayırıq. Lakin bu haqda parapsixoloqların tam başqa fikirləri var: ortaya çıxan varlıqlar bizimlə yanaşı yaşayan paralel dünyanın insanlarıdır.

Şəkillərdə peyda olan varlıqlar

Rəqəmsal fotoaparatın mövcudluğuna qədər bir çox qəribə hadisələr baş verib. Belə ki, 1964-cü il britaniyalı Cim Tamplton ailəsi ilə Soluey-Fert körfəzinin tənha yerində gəzişərdi. Ata 5 yaşlı qızının şəklini çəkir. Şəkillərin birində körpənin arxasında peyda olan naməlum insan fiquru görən ata dəhşətə gəlir.

Texasda Kuperlər ailəsi yeni evə köçmə mərasimini qeyd edirdilər. Ailə stol arxasında bir neçə şəkil çəkdirir. Şəkillərə baxdıqdan sonra görüntülərdə naməlum insan bədənini görürlər.

Avstraliyanın Meriboro şəhərindən olan Devid Li köhnə fotoaparatı ilə hamilə yoldaşının şəklini çəkmək istəyib. Şəkilə baxdıqda qadının qarnının üstünə qoyulmuş, barmaqları aralanmış qara bir əlin siluetini görür. Şəkilin ağ-qara plyonkasında isə Sandra Linin arxasında siluetin bədəni, çiyinləri aydın görünürdü. Sandra qeyd edir ki, şəkili çəkən zaman arxasından soyuq küləyi hiss edirmiş.

Kameranı söndürün!

Bəzən bunun kimi varlıqları rəqəmsal fotoaparatlarda və kameralarda da görmək mümkündür. Bu yaxınlarda internet şəbəkələrində ananın qızını çimizdirərkən çəkdirdiyi şəkilləri yayıldı. İlk baxışdan şəkildə qeyri-adi bir şey yox idi: sadəcə uşağın arxasında yay geyimində olan qadın durub. Bundan əlavə, görüntü çox da aydın çıxmayıb. Şəkilin müəllifi isə bildirir ki, həmən vaxtı hamam otağında onlardan başqa kimsə yox idi və insan silueti boş bir divarda asılı vəziyyətdə qalmışdı.

İnternet istifadəçiləri arasında ruha oxşar qadının kişini ölümdən xilas etməsini əks etdirən video tıklanma rekoru qırır.

Sosial şəbəkələrdə baxılan videolardan biri də bir kişinin dəhlizdə gedərkən birdən-birə peyda olan qara kölgənin onun ayağından tutub sürüməsi olub. Kadrlara baxdıqda gəncə hücum etmiş naməlum silueti aydın görmək olur. Bu kadrlar yaşayış binasında quraşdırılmış kameralar tərəfindən qeydə alınıb. Orada yaşayan sakinlər bu vaxta qədər hansısa bir yad varlığın hücumundan şikayət etməyib.

“Gizlənmiş” insanlar

Parapsixoloq Haydi Hollisin sözlərinə əsasən, “kölgə-insanlar” adlanan fövqəltəbii varlıqlar mövcuddur. Onlar da bizim kimi insanlardır lakin başqa bir aləmdə yaşayırlar. Bəzən onlar bizə toxuna da bilər.

İndoneziyada “fit çalan insanlar” anlamını verən oranq bunyan haqqında əfsanələr gəzir. Yerli insanlar bu varlıqları meşə ruhları kimi qəbul edir və çox qorxurlar. Bu varlıqları görmək mümkün deyil. Lakin oranq bunyanlar mərasim keçirdərkən çaldıqları nağaraların səslərini eşitmək olur. İnanclara görə, bütün oranq bunyanlar fövqəltəbii qüvvəyə malikdirlər. Onlar biz insanlardan çox yaşayırlar, çünki onlarda zaman amili bizimkindən fərqlidir. Oranq bunyanlar insanlara hücum edirlər. Onlar uşaqları oğurlaya, hərdən isə böyük insanları da özləri ilə apara bilər. “Fit çalan insanlar” hətta insanlarla ailə də qura bilərlər. Lakin bu zaman insan özü də yaxınları üçün gözəgörünməz olub oranq bunyanlarla yaşamağa gedir. Bəzən oranq bunyanlardan kömək də istəyə bilərsən. Məsələn, evə qonaq gələndə sənə əlavə boşqab verə bilərlər. Şamanlar ayin zamanı “meşə ruhları” ilə ünsiyyət qura bilir.

Oranq bunyanların yaşadığı yer böyük qaya daşları ilə əhatələnib. Yerli əhali onların yaşayış yerlərini müqəddəs hesab edir. Onlar bu müqəddəs yerə gedib qurban verir, gözə görünməz varlıqlara öz istək və arzularını bildirirlər.

Buna oxşar əfsanə Malayziyada da var. Orada yerləşən mehmanxanaların birində “xüsusi qonaqlar” üçün otaq ayrılıb. Belə ki, orada bizim kimi adi insanlar məskunlaşa bilər lakin... müəyyən şərt altında. Əvvəlcə, otağın qapısını döymək lazımdır və ondan sonra içəriyə keçə bilərsiniz. Əgər otağa daxil olarkən çox soyuq olarsa o zaman otaqdan çıxıb başqa otaq sifariş etməlisiniz. Çünki otağın soyuq olması sizdən əvvəl oraya gəlib yaşayanı varlıqları sübut edir. Hər şeyin öz qaydasında olduğuna əmin olduqda isə işıqları yandırıb pərdələri aça bilərsiniz. Yatarkən ayaqqabılarınızdan birinin bir tayını üzü yuxarı qoymalısınız. Əgər iki nəfərlik çarpayıda tək yatacaqsınızsa, çarpayının boş qalmış hissəsini hansısa əşyalarla doldurun. Onda oranq bunyan sizi narahat etməyəcək.

Belə ruhlar İslandiyada da mövcuddur. Tədqiqatçı Maqnus Skarfedinsson İslandiyada “gizlənmiş insanlar” adlanan bu varlıqlar haqqında 700-ə yaxın şahid dəlilləri toplayıb. Şahidlərin sözlərinə görə, bu varlıqlar elə biz insanlar kimidir, lakin həmişə köhnə geyimdə olurlar. Məişətdə də onlar köhnə avadanlıqlardan istifadə edir. İslandiyanın Kommunist Partiyasının təsisçisi T. Emilsson 14 yaşındaykən rast gəlmiş hadisəni öz avtobioqrafiyasında qeyd edir. Yazdıqlarına görə, həmin vaxt o, örüşə gedib qoyunları qovmaqla məşğul idi. Quzulardan biri dərəyə düşür, onu çıxarmaq istəyərkən özü də dərəyə düşür. Kömək gözləmək isə əbəs yerə idi. Oğlan bilirdi ki, səhərə kimi o, burada qalası olacaq. Axşam düşürdü və hava soyuyurdu. Və bu zaman onun yanında naməlum qızcığaz peyda oldu. Təəccüblənməyə macal tapmayan Emilsson artıq yuxarıda idi.

Qız onda deyir ki, Litenştammer fermasında yaşayır və əli ilə ona istiqaməti göstərir. Emilsson bilirdi ki, orada insanlar yaşamır. Bu zaman naməlum qızcığaz özünün digər dünyadan gəldiyini söyləyir.

- Sizin “gizlənmiş insanlar” dediyiniz məxluqlarıq, - qız deyir. Bu vaxt fermadan kişi səsi gəlir.

- Katerina!

- Mən getməliyəm!, - deyən qızcığaz iri addımlarla təpəyə qalxır.

Sonralar Emilsson o yerə qızı yenidən görmək ümidi ilə dəfələrlə gəldi, lakin nə onu, nə də evlərini gördü.

Eynilə maraqlı hadisələrdən biri də Torlakur Steffansson adlı şəxsin başına gəlib. Bir gün o, meşədə azır və soyuqda ümidsizliyə qapılaraq yol axtarmağa başlayır. Bu zaman ağacların arasında işıq peyda olur. İşığın arxasınca gedərək tezliklə fermaya çıxır. Ev sahibləri onu öz evinə dəvət edirlər. Steffansson fermanın adını soruşur. Onlar bu yerin Heqstattir olduğunu deyirlər. Kişi çox təəccüblənir, çünki, ərazidə belə bir yerin olduğundan xəbəri yox idi.

“Biz sizin “gizlənmiş insanlar” dediyiniz adamlarıq. Biz hər zaman burada yaşayırıq, lakin siz bizləri görmürsüz”.

Steffanson gecəni fermada keçirir, səhər isə yola düşür. Evdən 30 metr aralanan kimi geriyə dönüb baxır, ev qeyb olmuşdu. Onda o, öz izləri ilə geriyə gedib evi tapmaq istədi, lakin izlər qarda kəsilirdi.

O dünyadan gəlmiş keşiş

Maraqlı hadisələrdən biri də Missuridə yaşanıb. 19 yaşlı tələbə Keti Lents avtomobil qəzasına düşür. Onun maşını aşmışdı. Xoşbəxtlikdən, Keti sağ qalmışdı, lakin xilasedicilər yarım saat onu maşından çıxara bilməyib. Son anda maşını dikinə qoyub qızı oradan çıxartmağa qərara gəliblər. Lakin qız çox xəsarət aldığına görə bu, onun həyatı üçün təhlükəli ola bilərdi.

Birdən keşiş geyimində yaşlı bir insan yaxınlaşır. Əvvəl o, dua oxuyur və yanında gətirdiyi butulkanın içində olan zeytun yağını qızın bədəninə sürtür. Bundan sonra Ketini maşından sağ-salamat çıxardıb xəstəxanaya aparırlar.

Xilasedici komandanın rəisi keşişə öz minnətdarlığını bildirmək istəyir, lakin o, artıq qeybə çəkimişdi. Çox maraqlıdır ki, hadisə yerindən çəkilmiş şəkillərdə də onun görüntüsü yoxdur. Hətta jurnalistlər yaxınlıqdakı bütün kilsələrə gedərək gördükləri insanı təsvir edib axtarırlar, lakin heç bir nəticə əldə edə bilmirlər.

Belə hadisələrin tez-tez baş verməsi başqa aləmlərdən gələn insanların olduğuna inananların da sayını artırır. Hər halda bu fenomenləri elm də açıqlaya bilmir. Bizə isə kainatda baş verən hadisələr qarşısında sadəcə, təəccüblənmək qalır.

Camalə

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR