Heç bir siyasi faktor "Türk Axını"na təsir etməyəcək
Bizi izləyin

Digər

Heç bir siyasi faktor "Türk Axını"na təsir etməyəcək

Siyasi faktorlar "Türk Axını" ilə bağlı işlərə təsir etməyəcək.

Publika.az xəbər verir ki, bunu “Qazprom” sədri Aleksey Miller jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, ortada reallaşdırılmasına başlanan razılaşma var:

“İndi Türkiyə ilə hökumətlərarası müqavilənin mətni hazırlanır. Bu boru xəttinin tutumuna və proyektin reallaşdırılma müddəti ilə bağlı deyil. Lakin müqavilə mətninin hazırlanmasına dair işlər gedir. Heç bir faktor bu işlərimizə təsir edə bilməz".

Xatırladaq ki, oktyabrın 3-də Rusiya müdafiə nazirliyinin "Su-30" döyüş təyyarəsi bir neçə saniyəliyinə türk hava sahəsinə daxil olub.

Rusiya bunun mənfi hava şərtləri səbəbiylə reallaşdığını bildirib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm