• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gürcüstan Azərbaycanı Rusiyaya dəyişir? – Gizli görüş və dəyişən kartlar

  • Digər
  • 9 Oktyabr 2015 14:07
  • 919 Baxış
Gürcüstan Azərbaycanı Rusiyaya dəyişir? – Gizli görüş və dəyişən kartlar

Gürcüstan əsas qaz təminatçısı olan Azərbaycanı Rusiyaya dəyişir.


Publika.az xəbər verir ki, bu ölkənin energetika naziri Kaxe Kaladze Gürcüstanın əsas qaz təchizatçısının Azərbaycan olduğunu, lakin Tiflisin Rusiyadan daha çox qaz almaq niyyətini açıqlayıb. Onun sözlərinə görə, Rusiya qazının Gürcüstan bazarına çıxarılması Azərbaycan qazı ilə rəqabət yaradacaq və bunun müsbət nəticələri olacaq.

Qeyd edək ki, hazırda Gürcüstanın qaz təchizatını SOCAR təmin edir. Məlumatlara görə, 2014-cü ildə qaz çatdırmaları 0,3 və 2,1 milyard kubmetr arası dəyişib. Bununla yanaşı, SOCAR Gürcüstandakı neft satışının 72 faizinə, dizel satışının isə 61 faizinə nəzarət edir, həmçinin Kulevi neft terminalı da onun ixtiyarındadır. ARDNŞ Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin 15.000 ton benzin idxal edir. Şirkətin indiyə kimi Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 700 milyon ABŞ dollarıdır.


Bütün bunlarla yanaşı, Azərbaycan Gürcüstanın ən çətin günlərində ona yardım edib. Xüsusilə 2008-ci il müharibəsindən sonrakı dövrdə bu ölkənin ayaq üstə qalmasında əsas rol məhz Bakının üzərinə düşmüşdü. İndi Tiflisin bu addımı diqqət çəkir.

Enerji naziri Kaladze fikrini əsaslandırmaq üçün bildirib ki, Gürcüstan 2008-ci il müharibəsi dönəmində də Rusiyadan qaz alırdı, bundan sonra da alacaq.

Rusiya nəşri “Kommersant” yazır ki, Gürcüstan kiçik bazardır, lakin “Qazprom”un imici üçün bu ölkənin bazarını ələ keçirmək müsbət ola bilər.

Qeyd edək ki, ötən ayın sonlarında K.Kaladzenin Brüsseldə “Qazprom” rəhbəri Aleksey Millerlə görüşü də enerji bazarı uğrunda mübarizədə yeni gedişlərin olduğuna dair ehtimalları artırır.


Asif Nərimanlı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR