Sumqayıtda çörəkbişirmə sexi yanıb
Bizi izləyin

Digər

Sumqayıtda çörəkbişirmə sexi yanıb

Sumqayıtda çörəkbişirmə sexində yanğın olub.

Sumqayıtda çörəkbişirmə sexində yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində sahibi məlum olmayan, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 200 kv.m olan çörəkbişirmə sexinin içərisinə yığılmış məişət tullantıları 100 kv.m sahədə və sexin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm