5 bank zərərlə işləyir
Bizi izləyin

Digər

5 bank zərərlə işləyir

Bank sisteminin cəmi mənfəəti (mənfəətlə işləyən banklar üzrə) 70,94 milyon manat olub. Bank sisteminin cəmi zərəri -4,037 milyon manat təşkil edib.

Publika.az xəbər verir ki, 5 bank zərərlə işləyib. Bankların xalis faiz mənfəəti (zərər) 128,34 milyon manat olub. Mərkəzi Bankın rəsmi statistikasına görə, bankların xalis mənfəəti ötən ilin sonundan azalmağa başlayıb. Bankların məcmu kapitalına görə qruplaşdırılmasına gəlincə, 4 bankın məcmi kapitalı 50 milyon manatadəkdir. Onların da ümumi bank kapitalında çəkisi 0,7 faizdir. Ölkədə fəaliyyət göstərən 23 bankın isə məcmu kapitalı 50-60 milyon manat təşkil edir. Daha 9 bankın məcmu kapitalı 60 milyon manatdan 100 milyon manatadək, 9 bankınkı isə 100 milyon manatdan artıqdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm