12 ildə qeyri-neft sektorunda yaradılan əlavə dəyər 8 dəfə artıb
Bizi izləyin

Digər

12 ildə qeyri-neft sektorunda yaradılan əlavə dəyər 8 dəfə artıb

“Qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artıb”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

O qeyd edib ki, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68.8 faizə çatıb. Sənaye 2.1 faiz, o cümlədən qeyri-neft sənayesi 10.2 faiz, kənd təsərrüfatı 6.7 faiz, informasiya və rabitə xidmətləri 8.8 faiz, pərakəndə ticarət 11.4 faiz, əhaliyə göstərilən pullu xidmətlər 6.2 faiz artıb, inflyasiya 3.7 faiz təşkil edib. Əhalinin gəlirlərində artım meyilləri davam edib və ötən ilin eyni dövrü ilə müqayisədə 5.8 faiz, hər nəfərə düşən gəlirlər 4.5 faiz artıb. Yanvar-avqust ayları ərzində orta aylıq əməkhaqqı 4.4 faiz artaraq 460 manata yüksəlib, 87 min yeni iş yeri açılmışdır. Bütün sosial proqramlar uğurla yerinə yetirilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm