Mərkəzi Bank və Maliyyə Nazirliyi yeni ipoteka proqramı hazırlayıb
Bizi izləyin

Digər

Mərkəzi Bank və Maliyyə Nazirliyi yeni ipoteka proqramı hazırlayıb

“İlin əvvəlindən banklar 7,5 milyard manat kredit veriblər”.

Publika.az xəbər verir ki, bunu büdcə müzakirələri zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. O bildirib ki, kreditlərin 5 milyard manatını biznes krediti təşkil edib. MB sədri vaxtı keçmiş kreditlərin 6,5 faiz təşkil etdiyini vurğulayıb: “Bankların məcmu kapitalı 2 dəfə artıb. “Beynəlxalq Bank”da dövlət payının özəlləşdirilməsi istiqamətində tədbirlər aparılır”.

MB sədri ipoteka kreditləşməsindən də danışıb. O deyib ki, 700 milyon manat ipoteka krediti verilib: “Bankların özlərinin verdiyi kreditlər 500 milyon manat təşkil edib. Bildiyimiz kimi, əmlak bazarı iqtisadiyyatda aktivlik yaradır. Mərkəzi Bank Maliyyə Nazirliyi ilə təkliflər üzərində işləyib. Bura ipoteka faizlərinin azaldılması, məbləğin artırılması daxildir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm