Ərzaq bahalaşdı
Bizi izləyin

Digər

Ərzaq bahalaşdı

Sentyabr ayında ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib.

Publika.az Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb.

Ay ərzində düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, şəkər və şəkər tozunun, mal və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, limonun, bananın, pomidorun, badımcanın, göy lobyanın, çuğundurun, kökün, kartofun, baş soğanın, sarımsağın, mineral sular və sərinləşdirici içkilərin, spirtli içkilərin qiymətlərində bahalaşma, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, balqabağın, şirin bibərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayında qeyri-ərzaq məhsullarından parçaların, inşaat materiallarının, dərmanların qiymətlərində ucuzlaşma, geyimin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının, mebel və ev əşyalarının, dəftərxana ləvazimatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm