Büdcə kəsiri ÜDM-in 0,35 faizinə bərabərdir
Bizi izləyin

Digər

Büdcə kəsiri ÜDM-in 0,35 faizinə bərabərdir

Bu ilin səkkiz ayında dövlət büdcəsinə 10,7 milyard manat vəsait daxil olub.

Publika.az-a Maliyyə Nazirliyindən verilən məlumata görə, büdcədən 10,8 milyard manat vəsait xərclənib. Büdcənin icrasında yaranan 127 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,35 faizi səviyyəsində olub. Büdcə xərclərinin 4,6 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 2,6 milyard manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 3,6 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm