Azərbaycanda ilk dəfə: "Bakcell" abunəçiləri internet paketlərini paylaşa bilər
Bizi izləyin

Digər

Azərbaycanda ilk dəfə: "Bakcell" abunəçiləri internet paketlərini paylaşa bilər

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə internet paketlərini paylaşmaq imkanı verir.

İndi "Bakcell" abunəçiləri özlərinə məxsus nömrənin internet paketini istədikləri 4 nəfər ilə bölüşə bilərlər. Beləliklə, bir neçə abunəçi eyni anda yalnız bir mobil internet paketindən istifadə edə biləcək. “Paylaşılan” paketdən mobil telefon, planşet, data kart və s. istifadəçiləri yararlana bilərlər. “Paylaşılan” internet paketlərinin həcmlərinə uyğun qiymətləri aşağıdakı cədvəldə göstərilib.

Paketin həcmi

Qiymət

800 MB

7 AZN

2 GB

10 AZN

5 GB

15 AZN

10 GB

22 AZN

15 GB

30 AZN

30 GB

45 AZN

Həcmindən asılı olmayaraq bütün paylaşılan internet paketlərinin istifadə müddəti 30 gündür. Abunəçi paylaşılan internet paketinin aktivləşdirilməsini Bakcell xidmət mərkəzinə yaxınlaşmaqla və ya 555 nömrəsinə zəng etməklə Məlumat Mərkəzi vasitəsilə həyata keçirə bilər. Paylaşılan paketin qoşulması 24 saat ərzində həyata keçirlir və paket aktivləşəndə abunəçinin nömrəsinə SMS göndərilir.

“Bakcell" ölkədə mobil internet bazarının aparıcı qüvvəsidir. “Bakcell”in 3G şəbəkəsinin bütün ölkəni əhatə etdiyi və 4G şəbəkəsinin genişlənməkdə olduğu bir dövrdə bizim abunəçilərimizin mobil internetə olan tələbatı getdikcə artmaqdadır. 4G xidmətinin istifadəyə verilməsi bizim şəbəkəmizdə data trafikinin həcminin iki dəfə artmasına səbəb olub. Bunları nəzərə alaraq biz mobil interneti abunəçilərimiz üçün daha əlçatan edirik. Paylaşılan internet təcrübəsini Azərbaycanda ilk dəfə "Bakcell" şirkəti təqdim edir və biz inanırıq ki, abunəçilərimiz bu imkandan yetərincə faydalana biləcəklər”,- deyə "Bakcell" şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.

Azərbaycanda mobil internet bazarının lideri olan "Bakcell" şirkəti öz abunəçilərinə daha maraqlı və əlverişli mobil internet təklifləri verməkdə davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm