Qiymətli kağızlar bazarında əqdlərin həcmi azalıb
Bizi izləyin

Digər

Qiymətli kağızlar bazarında əqdlərin həcmi azalıb

2015-ci il ərzində dövlət qiymətli kağızlar bazarında əqdlərin həcmi ötən il illə müqayisədə 97 faiz azalaraq 128,1 milyon manat olub.

Publika.az Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, buna səbəb Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazlarının emissiyasının baş tutmamasıdır.

Dövlət istiqrazlarının təkrar bazarı hesabat dövrü ərzində 37 faiz artaraq 17,5 milyon manat təşkil edib. Eləcə də 32,2 milyon manat həcmində dövlət istiqrazları, 78,4 milyon manat həcmində isə korporativ istiqrazlarla banklararası repo əməliyyatları həyata keçirilb.

Cari il ərzində Bakı Fond Birjasının törəmə qiymətli kağızlar platformasında ümumi məbləği 75,6 milyon manat olan əmtəə əsaslı və ümumi dəyəri 5,2 milyard manat olan valyuta əsaslı törəmə qiymətli kağızlarla ticarət əməliyyatları həyata keçirilib. Törəmə qiymətli kağızlar bazarının həcmi 5,2 milyard manat olub.

Dövr ərzində Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi ilə əlaqədar 1121 ipoteka kağızı dövlət qeydiyyatına alınıb. 977 ipoteka kağızının əlavə qeydiyyatı, eləcə də qiymətli kağızlarla girovun 8 dövlət və 3 əlavə qeydiyyatı həyata keçirilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm