Bu il qaz nəqli azalıb
Bizi izləyin

Digər

Bu il qaz nəqli azalıb

İlin əvvəlindən magistral qaz kəmərləri ilə 15,57 milyard kubmetr qaz nəql edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz azalma deməkdir.

Publika.az statistik göstəricilərə istinadən xəbər verir ki, qazın nəqlinin 30,6 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 4,76 milyard kubmetr qaz ötürülüb.

Göstərilən dövrdə magistral neft kəmərləri ilə 34,74 milyon ton neft nəql edilib. Nəqletmənin 75,7 faizi Bakı-Tbilisi-Ceyhan Neft İxrac Kəməri ilə həyata keçirilib və cari ilin yanvar-sentyabr ayları ərzində bu kəmər vasitəsilə 26,29 milyon ton neft ötürülüb.

Dövr ərzində BTC ilə 4,4 milyon ton tranzit nefti də nəql edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm