Xaricə borcumuz nə qədərdir?
Bizi izləyin

Digər

Xaricə borcumuz nə qədərdir?

Hökumət özəl sektorun borcunu araşdırmağı qərara alıb. Bu məqsədlə Mərkəzi Bankın hüquqlarının genişləndirilməsi planlaşdırılır.

Publika.az xəbər verir ki, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə də Azərbaycan hökumətinin özəl sektorun xarici borcu haqqında məlumatın toplanması yönündə Mərkəzi Bankın səlahiyyətlərinin artırılacağını bildirib.

Qeyd edək ki, Azərbaycanın ümumu xarici borcu haqqında konkret rəqəmlər yoxdur. Sadəcə, dövlətin və bankların xarici borc öhdəlikləri bəllidir. Bu günə qədər iqtisadiyyatın digər sektorlarında fəaliyyət göstərən şirkətlərin xarici maliyyə qurumları qarşısında borc öhdəliklərinin həcminə dair ictimaiyyətə hər hansı açıqlama verilməyib.

Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanın xarici dövlət borcu 6,621.2 milyon dollar təşkil edir. Bunun da Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 12,2 faizdir. Borc statistikasına hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxildir. Borc vəsaitlərinin 7 %-i 10 ilə qədər, 59,7%-i 10 ildən 20 ilə qədər, 33,3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub. Borclar əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlərdir.

Bankların borclarına gəlincə, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri avqust ayında 315,2 milyon manat azalaraq 6 milyard 246,2 milyon manata düşüb.

Devalvasiyadan sonra - fevralın sonunda bankların xarici öhdəlikləri 7 milyard 468,2 milyon manata çıxmışdı. Ötən dövrdə xarici öhdəliklər 1 milyard 222 milyon manat və ya 16,3% azalıb. Yanvarın sonunda bankların xarici öhdəlikləri 4 milyard 935,6 milyon manat idi. Fevral devalvasiyası ilə əlaqədar elə həmin ayın sonunda bankların xarici öhdəlikləri 7 milyard 468,2 milyon manata çıxmışdı. Bu, xarici valyutada olan aktivlərin yeni məzənnə ilə qiymətləndirilməsi nəticəsində baş vermişdi.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm